EN

Taremidən üç ötürmə, qaçırılan penalti və avtoqol

İran yığması hücumçusu Mehdi Taremi maraqlı nəticə ilə diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, o, millinin heyətində bir oyunda üç ötürmə edib, penalti qaçırıb və avtoqola imza atıb.

"İnter"in futbolçusu bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində KXDR yığması ilə görüşdə adını 3 dəfə tabloya yazdırıb. Taremi 1-ci hissədə komandasını vurduğu hər 3 qolun ötürməsini edib. Fasilədən sonra Mehdinin işləri qaydasında getməyib. 56-cı dəqiqədə topu öz qapısından keçirən forvard 11 dəqiqə sonra səhvini düzəltmək üçün yaxşı imkan əldə edib. O, penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İran 5 oyundan sonra 13 xalla 1-ci pillədə qərarlaşıb.

İdman.biz

Chosen
85
idman.biz

1Sources