EN

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq ilk növbədə ətraf mühit üçün vacibdir

Karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması ilk növbədə ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir. Bu, təbii resurslardan məsuliyyətlə istifadəni təşviq edir, bərpaolunan enerjidən istifadə edilməsinə dəstək verir.

Bunu “ASAN xidmət”in təşkilatçılığı ilə Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

“Bununla yanaşı, təmiz istehsal texnologiyalarının inkişafı da gündəmdədir. Təəssüf ki, vaxtımız məhduddur. Ancaq ətraf mühitin qorunmasına yönəlmiş qanunların tətbiqi, zərərli təcrübələrin qarşısının alınması və beynəlxalq razılaşmalara riayət etmək üçün səylər göstərməliyik”, – deyə Baş direktor bildirib.

O deyib ki, ICESCO həmçinin üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin olunması üçün proqramlar hazırlayır. “Yaşıl şəhərlər” proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir.

“Müstəqil monitorinq və tədqiqatlar vasitəsilə bu prosesə nəzarət edirik. Bu istiqamətdə tədbirlər, araşdırmalar və idarəetmə mexanizmləri tətbiq olunur.

Eyni zamanda, İslam ölkələri üçün iqtisadi və ekoloji liderlik yolunda yaşıl iqtisadiyyat modelini inkişaf etdirmək üçün birgə işləməyin vacibliyini başa düşürük. Gələcək nəsillərin rifahı üçün bu istiqamətdə əməkdaşlıq etməliyik”, – deyə Salim bin Məhəmməd əl-Malik fikirlərinə yekun vurub.

Azərtac

Chosen
57
7
yenigundem.az

9Sources