EN

Almaniyada Rusiya maye qazının qəbulu qadağan olundu

Almaniyanın İqtisadiyyat Nazirliyi LNG terminalının operatoru Deutsche Energy Terminal-dan (DET) “Rusiya mənbəli mayeləşdirilmiş təbii qazı qəbul etməməyi” tələb edib.

Azreform.info xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nazirliyin 6 noyabr tarixli məktubuna istinadən yayıb.

DET bir neçə gün əvvəl hökuməti Brunsbüttel şəhərindəki terminalın bazar günü Rusiyadan LNG yükünü qəbul etmək niyyətində olduğuna dair məlumatlandırmışdı.
Nazirliyin məktubunda qeyd olunur ki, yükün qəbuluna qoyulan qadağa “ictimai maraqları qorumaq” məqsədi daşıyır və “sonrakı xəbərdarlıq edilənə qədər” qüvvədə qalacaq.

Avropa ölkələri neft və kömürdən fərqli olaraq Rusiyadan LNG alınmasına rəsmi qadağa tətbiq etməyib. Neft-qaz daşımalarını izləyən Kpler-ə görə, Rusiya təxminən 20 faiz bazar payı ilə Avropa İttifaqına LNG-nin ikinci ən böyük tədarükçüsüdür. Rusiya qazının böyük hissəsi uzunmüddətli müqavilələr əsasında Fransa, İspaniya və Belçikaya gedir. Almaniya 2022-ci ilin fevralından bəri Rusiyadan birbaşa LNG yükləri almayıb.(Musavat.com)

Chosen
29
4
azreform.info

5Sources