Örənlərin braziliyalı məşhur hücumçusu Adriano Leyte Ribeyro gerçəkləşdirə bilmədiyi istedadı haqda şəxsi duyğularını paylaşıb.
Arena.az “The Players Tribune” dərgisinə istinadən, Adrianonun bu barədə fikrini təqdim edir:
“Siz vədin nə olduğunu bilirsinizmi? Mən bilirəm, o cümlədən pozulmuş bir vəd olmağın nə demək olduğunu. Futbolda əsas gerçəkləşməmiş istedad mənəm. Mənə “puç” sözü xoşdur. Təkcə onun necə səsləndiyinə görə yox, həyatımı boş yerə sərf etməyə giriftar olduğum üçün. Mənə belə də xoşdur, bu damğanı bəyənirəm. Mən narkotik istifadə etmirəm, sübut etməyə çalışırlar ki, mən cinayətdə iştirak etməmişəm, baxmayaraq ki, edə bilərdim. Klublara getməyi sevmirəm.
Bəli, mən hər gün “vururam”. Mənim kimi insanlar hər gün içəcəkləri həddə necə çatırlar? Başqalarına izahat verməyi sevmirəm, amma burada bir məqam var: borc içində qalan istedad olmaq – asan deyil”.
Adriano Braziliya nəhəngi “Flamenqo”nun yetirmsidir. Hücumçu, karyerası ərzində “İnter”, “Fiorentina”, “Parma”, “San-Paulo”, “Roma”, “Korintians”, “Atletiko Paranaense” və “Mayami Yunayted” klublarında çıxış edib. O, atasının ölümü səbəbilə bir müddət ağır ruh düşkünlüyə uğrayıb və futbolu buraxaraq, içkiyə aludə olub.
Adriano Braziliya futbolunun təcəssümü olaraq, parlaq oyunu ilə diqqət çəkib, amma düşdüyü Avropa gerçəklərinə uyğunlaşa bilməməsilə, özü demişkən, gerçəkləşməmiş bir istedada çevrilib. Maraqlıdır ki, braziliyalı futbolçu çıxış etdiyi bütün klublarda azarkeşlərin rəğbətini qazana bilib. Bəlkə də bu səbəbdən Adriano futbolda “İmperator” təxəllüsü ilə tanınır.
Karyerası ərzində Adriano klub səviyyəsində 331 oyuna 150 qol və 42 məhsuldar ötürmə ilə fərqlənib.
Hücumçu 2000-ci ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 48 oyun keçirib, 27 qol vurub, 5 məhsuldar ötürmə verib.
Adrianonun qənimətlər muzeyində “İnter”lə qazandığı İtaliya A Seriyası çempionluğu (4 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (3 dəfə), “Flamenqo” və “Korintians”la Braziliya A Seriyası çempionluğu var. Braziliya millisi ilə isə Adriano Amerika Kubokunun (2004) və FIFA Konfederasiyalar Kubokunun (2005) qalibi olub. Həmçinin Adriano “selesao”nun U-17 yığması ilə yeniyetmələr arasında dünya çempionatının (1999) qalibi olub.