EN

Çin Rusiya əvəzinə Afrika neftini almağa başladı - "Bloomberg"

Çinin özəl neft emalı zavodu Qərbi Afrika neftinin bir partiyasını alıb. Eekspertlərin fikrincə, qeyri-adi hadisədir. 

Qaynarinfo bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Çinin "Landbridge Petrochemical Co." şirkətinin yanvar ayı çatdırılması üçün Mostarda da daxil olmaqla 2 milyon barel aldığı bildirilir. Əvvəllər belə alıcılar ESPO markalı Rusiya neftinə, eləcə də İran xammalına üstünlük verirdilər. Daha qısa çatdırılma yolları və aşağı qiymət bunun səbəblərindəndir.

Çinin Afrika neftini alması Tramp administrasiyasının ABŞ-ın İran xam neftinə qarşı sanksiyalarını həyata keçirmək siyasətinə dair qeyri-müəyyənlik fonunda baş verib. Ekspertlər hesab edir ki, Donald Trampın prezidentliyi dövründə Tehran daha sərt məhdudiyyətlərlə üzləşə bilər.

Rusiya Federasiyasına gəlincə, hələlik onun üçün vəziyyət kritik deyil. Lakin Çin Xalq Respublikasının Rusiya neftindən sonrakı imtinası büdcəsi əsasən neft gəlirlərindən asılı olan Moskva üçün əsl fəlakət ola bilər.

Xatırladaq ki, Trampın son seçkilərdə qələbəsi neftin qiymətinin çökməsinə səbəb olub. Buna səbəb kimi eks-prezidentin Amerikanın neft sənayesini aktiv şəkildə inkişaf etdirmək niyyətləri də göstərilib. Bundan əlavə, Tramp Çin iqtisadiyyatına təzyiq göstərəcəyini vəd edib ki, bu da neftə tələbatın zəifləməsinə səbəb ola bilər.

Həmçinin bildirilir ki, Rusiya Federasiyasının neft-qaz sənayesi Trampın andiçməsindən sonra təhlükə ilə üz-üzədir, çünki yeni administrasiya Avropanı daha aktiv şəkildə Rusiyanın qalıq yanacaqlarının əvəzedicisini axtarmağa məcbur edə bilər.

Aydın
Chosen
4
1
qaynarinfo.az

10Sources