EN

Hikmət Hacıyev Borrellə cavab VERDİ

Sizin Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etməyiniz çox təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün “biz və barbarlar” hekayəsindən başqa heç nəyi xatırlatmır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə cavabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Aİ dövlətlərinin xaricdəki regionları kimi iqlim dəyişikliyindən daha çox əziyyət çəkir, lakin özünüidarədən məhrum olan xaricdəki bölgələr öz narahatlıqlarını dilə gətirə bilmir və onlara məhəl qoyulmur: “COP29-da Azərbaycan inklüziv şəkildə hər bir səsin eşidilməsi üçün platforma təqdim edir. Nəzərə alsaq ki, bəzi Aİ ölkələri bədnam müstəmləkə idarəçiliyi və biabırçı qul ticarəti ilə məşğul olublar, bu onlara neo/müstəmləkə rejimini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi daha geniş beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur: “Lakin Avropa İttifaqının Xarici Siyasət Xidmətinin COP29-da iştirak etməmək üçün göstərişlər göndərməsi tamamilə qəbuledilməzdir. Həmçinin, bəzi hallarda Avropa İttifaqının Xarici Siyasət Xidməti Aİ-nin digər ölkələrini COP29-da iştirakdan çəkindirmək üçün diplomatik əlaqələrindən istifadə edib. Bununla siz COP prosesinin etibarını sarsıtmağa çalışdınız. Lakin bütün bu cəhdlər uğursuzluqla nəticələnib. COP29-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib, 70 mindən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istədim ki, COP prosesi BMT-yə və dünyaya aiddir.

Bütün bu mənasız hücumlardan asılı olmayaraq, Azərbaycan COP29-un ev sahibi və sədri kimi COP-un inklüzivliyini təmin etmək və qlobal iqlim fəaliyyət gündəliyində gözlənilən nəticələri çatdırmaq naminə tərəflərlə konstruktiv işləmək üçün əlindən gələni etməyə davam edəcək”.

Chosen
30
8
redaktor.az

9Sources