EN

Kursklu ruslar Putindən “müharibəyə son qoymağı” tələb ediblər

...Kursk vilayətinin Olqovka kəndinin sakinləri evakuasiyadan sonra yaranan çətinliklərdən Vladimir Putinə şikayət edərək, “çoxlu günahsız insanların ölümünə səbəb olan bu lənətlənmiş müharibəyə son qoymağa” çağırıblar. ...Üç aydır ki, cəhənnəmdəyik, hara müraciət edək, nicatı haradan tapaq? Biz uşaqlarımızın dinc səma görməsini və raket təhlükəsi siqnalına qulaq asmamasını istəyirik. Bu vəziyyətə baxın və sərhəd sakinlərinə qulaq asın. Bütün bunlara dözməyimiz öz iradəmizlə deyil

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı qaçqınlar bunu Putinə etdikləri videomüraciətdə deyiblər.

Qeyd edək ki, insanlar kəndlərinin döyüşlər zamanı dağıdıldığı üçün evsiz qaldıqlarından şikayətlənirlər.

Onların fikrincə, hər kəs kirayə ev tuta bilmir və qaçqın olduqları üçün onları işə götürülməkdən də çəkinirlər.

Qaçqınlar həmçinin bildiriblər ki, onların bəzi həmkəndliləri ölüb və ya itkin düşüblər, çünki evakuasiya vaxtında elan olunmayıb. Və ona görə də hamının ərazini tərk etməyə vaxtı olmayıb.

...Bəziləri hər şeyin iki-üç gün çəkəcəyini düşündüyü üçün evlərini tərk etmədi. İndi onların sağ qalıb qalmaması sual altındadır.

Bu da Putinə ünvanlanan müraciətdə deyilir.

Əli Babayev

Chosen
84
sia.az

1Sources