EN

Nkunku 2 klubun hədəfinə çevrilib

"Çelsi"nin hücumçusu Kristofer Nkunku klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "TodoFichajes" portalına istinadən xəbər verir ki, "Bavariya" və "Liverpul" Nkunkunu öz sıralarında görmək istəyir.

Mənbə qeyd edir ki, “Çelsi” Nkunkunu satmağa istəkli deyil.

Lakin futbolçu klubu tərk etmək istəyir.

2024/2025 mövsümündə hücumçu 17 matçda iştirak edib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.

"Transfermarkt" Nkunkunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Chosen
69
operativmm.az

1Sources