EN

Qadın çantasında olan 6 toksiki zəhərliƏŞYALAR

Bildiyimiz kimi qadın çantasında heç də az əşya olmur. Hər gün bu əşyalarla kontaktda olan qadınların çoxu, təəssüf ki, bu əşyaların toksik olduğunu və sağılamlıq üçün təhlükə yaratdığını bilmirlər.

Redaktor.az çantada olan ən toksik əşyaların siyahısını təqdim edir:

- Telefon. Hal hazırda mobil telefonun dəqiq ziyanı haqda tam dəqiq məlumat verilməsə də, aparılan təcrübələrə əsasən məlum olub ki, telefondan olan elektromaqnit şüalanma döş xərçəngi hüceyrələrinin inkişafını 4 dəfə, spermatozoidlərin ölümünü isə 3 dəfə tezləşdirir. Mütəxəssislər zəng etmək əvəzinə sms yazmağı məsləhət görürülər. Danışıq zamanı isə telefonu başdan bir neçə sm uzaq tutmaq lazımdır.

- Əl üçün antiseptik gel. Məlumata görə, əl üçün bu gellərin tərkibində xlorid benzolkoniyası vardır. O isə sağlam adamlarda belə astma xəstəliyi yarada bilən maddələr qrupuna aid edilir. Çalışın antiseptik vasitələr aldıqda sprit əsaslı olanlarına üstünlük verin.Bu vasitələrdən istifadə edərkən allergik reaksiyalara da fikir verin.

- Dodaqlar üçün balzam. Bu əşya şübhəli maddələr yığımı adlandırılır. Adətən balzamların tərkibində parabenlər, palmitat retinol kimi xoşagəlməz maddələrə rast gəlinir. Çalışın balzam seçərkən tərkibində bu maddələr olmayan vasitələrdən istifadə edin.

- Kağız çeklər və vərəqlər. Onlar təhlükəsiz görünsələr də bu heç də belə deyil. A bisfenolu hopmuş parlaq kağız, kontakt zamanı dəridən keçir. Heyvanlar üzərində keçirilən təcrübələr göstərir ki, A bisfenolu, piylənmə, şəkər, xərçəng xəstəliyi və sonsuzluğun təhlükəsini artırır. Çantanızı lazımsız kağız parçaları və çeklərlə doldumayın və ümumiyyətlə onlara az toxunun.

- İçki butulkaları. Palstik butulka və dəmir bankaların tərkibində A bisfenolu var. Bu tip butulkaları çalışın, günəş şüası altında, nəmişlik və istidə çox saxlamayın, bu halda onlarda olan kimyəvi maddələr azad olunur.

- Ətir. Bir çox hallarda istehsal təhlükəsizliyi səbəbindən, bağlamanın üzərində tərkibdə olan bütün inqrediyentlər göstərilmir. Bu istehsalçı üçün əlverişli deyil, belə ki, bəzi ətirlərin tərkibnidə olan ftolatlar, androgenlərin təsirini saxlayaraq, kişilərdə sonsuzluğun yaranmasına gətirə bilir. /milli.az/

Chosen
113
1
redaktor.az

2Sources