EN

Nigeriyada aclıqla üzləşən insanların sayı 33 milyona çatacaq

Nigeriya 2024-cü ildə daşqınların ciddi təsirləri ilə üzləşəcək və 2025-ci ildə 33 milyon insan aclıqla üzləşəcək.

APA xəbər verir ki, bu barədə “Ecofin” agentliyi BMT-nin Nigeriyadakı missiyasının hesabatına istinadən məlumat yayıb.

Daşqınlarla yanaşı, Nigeriyanın şimal-şərqində 15 ildir davam edən silahlı qarşıdurma vəziyyəti daha da gərginləşdirir.

Artıq 220 milyonluq ölkədə 25 milyon nigeriyalının təcili yardıma ehtiyacı var.

Chosen
101
3
apa.az

4Sources