EN

Ağdam, Füzuli və Xocavənddə milyonluq layihələr icra edən şirkətə protokol yazıldı

"TVM İnşaat" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Zərərçəkmiş Şahverdiyev Hakim Rəsul oğludur. İş Xankəndi Şəhər Məhkəməsinin hakimi İlkin Abdullayevin icraatındadır. Baxış iclası noyabrın 21-də keçiriləcək.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Musa Nizaməddin oğlu Ağayevdir. Şirkət Ağdam, Füzuli və Xocavənddə tikinti quruculuq işlərində milyonluq layihələri icra edir. 

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 08:08   
Chosen
20
2
pravda.az

10Sources