EN

Fransalı senatorlar uşaqların korridanı izləməsinə tərəfdar çıxıblar

Fransa Senatı (Parlamentin yuxarı palatası) 16 yaşı tamam olmayan şəxslərin korridanı izləməsini qadağan edən qanun layihəsinin əleyhinə səs verib

“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, qanun layihəsi senatorlar arasında ciddi müzakirələrə səbəb olub. Onlardan bir qrupu uşaqların şüurunda “travma yaradan səhnələri” görməsinin əleyhinə çıxıb. Digər qrup isə Fransada korridanın “yoxa çıxmamasını” istəyib.

Qanun layihəsi 237 səs əleyhinə, 64 səs lehinə olmaqla rədd edilib. Səsvermənin nəticələri ekoloqlar və heyvan hüquqlarının müdafiəçiləri arasında ciddi narazılıq yaradıb.

Chosen
54
ikisahil.az

1Sources