EN

Aİ Meta-nı 797 milyon avro cərimələyib

Avropa İttifaqı (Aİ) Komissiyası, “Facebook” və “Instagram” sosial media platformalarının sahibi “Meta”nı Birliyin antiinhisar qaydalarını pozduğuna görə 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, “Facebook” “Marketplace”i şəxsi sosial şəbəkəsi “Facebook”a inteqrasiya etdiyi və digər onlayn elanlar xidmətinə ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün AB antiinhisar qaydalarını pozduğu əsas götürülüb.

Aİ Komissiyasının araşdırması müəyyən edib ki, “Meta” bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.

Qərarda, “Facebook” “Marketplace”in “Facebook”a inteqrasiyası ilə bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq “Facebook Marketplace”ə giriş əldə etdiyi və istəsə də, istəməsə də müntəzəm olaraq “Facebook Marketplace”ə məruz qaldığına diqqət çəkilib.

Müvafiq olaraq, “Meta”nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından və ya ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi qərara alınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
60
3
ikisahil.az

8Sources