EN

Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq

Mərkəzi Asiya üzrə Enerji Keçidi İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpa olunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır.

"Operativ Media" xəbər verir ki, bunu COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji keçidində güclü əməkdaşlığa böyük önəm verir.

“Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanın üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz bu Forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edirik”, - nazir qeyd edib.

Chosen
47
1
operativmedia.az

2Sources