Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-nin növbəti prezidenti Donald Tramp verəcək.
Bu barədə “The Wall Street Journal” ABŞ-nin hazırkı lideri Co Bayden administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.
“Mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-nin nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - mənbə qeyd edib.
APA