EN

“Günel dilli-dilavər qız idi, çox heyf ki...”-ARXİV FOTONUN tarixi-FOTO+ÖZƏL

“Mən o vaxtı Sədi Məmmədovla birlikdə toylara gedirdim. Azəri qızı Günelin atası klarnet ifaçısı, əmisi Sadiq isə nağara çalan idi. Tunarı özləri ilə toya gətirirdilər, hərdənbir o da oxuyurdu. Bir dəfə də bir balaca qız gətirdilər. Güneli ilk dəfə onda gördüm. Bir dilli-dilavər qız idi ki. Günel sadəcə elə-belə gəlmişdi, oxumurdu. Sonra mənə dedilər ki, bilirsən bu qızın necə gözəl səsi var? 1-2 ildən sonra Güneli efirlərdə gördüm. Maşallah, həqiqətən də gözəl səsi var idi. O vaxtdan sonra nə el şənliyində, nə də ki, digər yerdə görüşməmişik. Həyatdır da. Heç bilərdim ki, bu qız illər sonra seviləcək, populyar olacaq?! Həmin şəkili paylaşanda heç kim onun Günel olduğunu bilmədi. Bir şey var ki, Günel üzünə artıq şeylər edib, çox nahaq. Onsuz da gözəl-göyçək qız idi, ehtiyacı yox idi. Bunu təkcə mən demirəm, hər kəs deyir. Gərək etməzdi”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. Tanınmış sənətkar daha sonra əlavə edib.
 
“Flora xanım heç vaxt pulla toylara getməyib. Yaxın qohumların, dostların toylarında əlbəttə ki, iştirak edib. Mənim qızımın toyunda, nəvəmin, öz ad günümdə hər zaman başda olub. Mən isə 40 il toylara getmişəm, amma indiki toylar məni heç açmır. Yalan nə deyim, daha toylara getmək istəmirəm, özümə sığışdırmıram gedim oxuyum. Gözüm toxdur. Gülağa Məmmədov, Qulu Əsgərov, Yaqub Məmmədov, Hüseynağa Hadıyev, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Eyvaz Həsənovla toylarda olmuşam. Bu gün oturmuşam evimdə, efirlərə dəvət edirlər gedirəm. Arzulanan müğənni olmuşam. Həmişə də efirləri seçmişəm. Özümə hörmət etmişəm. Bir də efirdə bəzi müğənnilər elə mövzulara toxunur, elə şərait yaradırlar ki, kimsə onlara nəsə desin. Sən həmin mövzunu açandan sonra əlbəttə ki, aparıcı sənə nəsə deyəcək! İnsan efirdə də özünə hörmət edər. Hörmət etsən sənə elə suallar verməzlər. Efirlərə də elə sənətçilər lazımdır. Nə gəldi danışırlar ki, gündəmdə qalsınlar. Biz sənətin sənət olduğu illərdə bu sahəyə gəlmişik. Görün kimlərdən bəhrələnmişik?” deyə müğənni bildirib.
 
Ruhəngiz Musəvi bildirib ki, insanlar fanaqramla ifa edən müğənniləri toylara baha qiymətədəvət edir.
 
“Əməkdar artistlər də, xalq artistləri də fanaqramla oxuyurlar. Maraqlısı burasındadır ki, canlı oxumaq üçün də eyni qiyməti istəyirlər, fanaqram ifa üçün də. Sənətkar hər janrda canlı oxumağı bacarmalıdır. Oralarını-buralarını açan kimi toyları da çoxalır. Mənim səsim də yerindədir, xarici görünüşüm də yerindədir, özümə görə sevilirəm də. Mən toya gedə bilərəm, amma yenə də istəmirəm. Tək mən deyiləm, bizim nəsil sənətkarların çoxu kənara çəkilib. Mən toya getmirəm, dövlətin təqaüdü, fəxri ada görə olan məvaciblə dolanıram. Amma yenə də acından ölmürəm. Amma toya gedən də oturub verilişdə ağlayır, deyir ki, dolana bilmirəm. Sən illərin sənətkarısan, utanmırsan? Axı toylara, şou proqramlara gedirsən! Ehtiyacım olsa da heç vaxt toya getmərəm və çıxıb efirdə ağlamaram. Sənətçi özünə hörmət etməlidir” deyə əməkdar artist bildirib.
Chosen
71
33
moderator.az

10Sources