EN

Trampın vəzifəyə gələn kimi görəcəyi ilk iş məlum oldu

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib. İsrail mediası Trampın bu vədi prezident seçkilərindən dərhal sonra Netanyahu ilə telefon danışığında verdiyini yazıb.

Turkustan.az xəbər verir ki, noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən Donald Trampın vəzifəyə başlayacağı gün ilk işi müəyyənləşib.

İsrailin “Kanal 12” televiziyasında yayımlanan xəbərdə prezident seçkilərindən sonra Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığının birində ABŞ-ın Tel-Əvivə silah transferlərinin gündəmə gətirildiyi qeyd edilib.

Görüş zamanı Trampın Ağ Evdə vəzifəyə başladığı ilk gün Netanyahuya İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verdiyi bildirilib.

ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb. Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
33
4
turkustan.az

5Sources