EN

Almaniya: Müxalifət partiyasının qadağan edilməsi tələb olunur

Almaniyada keçirilən erkən seçkilər Bundestaqın 113 deputatının “Almaniya üçün Alternativ” (AfD) partiyasının qadağan edilməsi təşəbbüsü ilə çıxış etməsinə səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onların əksəriyyəti “Birlik 90/Yaşıllar” partiyasının nümayəndələridir. Təşəbbüsün müəllifləri israr edirlər ki, AfD-nin konstitusiyaya zidd siyasi birlik olub-olmaması məsələsinə Federal Konstitusiya Məhkəməsində baxılsın.

Deputatlar Bundestaqın prezidenti Bärbel Basa məktub göndərərək, AfD-nin fəaliyyətinin konstitusiyaya zidd olduğu üçün partiyanın qadağan edilməsi prosedurunun başlanması məsələsinin parlamentin aşağı palatasında səsverməyə çıxarılmasını tələb ediblər. Başqa sözlə, bu, sağ populistlərin ölkənin konstitusiya quruluşuna düşmənçiliyini sübut edən dəlillər axtarmağa başlamaq tələbidir. Nəzərdə tutulur ki, Bas bu bəyanatı qüvvəyə mindirsə, bu, Federal Konstitusiya Məhkəməsinin AfD-yə qarşı partiyanın Almaniya konstitusiyasına düşmənçiliyi ilə bağlı araşdırmaya başlaması üçün əsas olacaq.

Alman mediası bununla bağlı qeyd edir ki, AfD-nin qadağan edilməsi ideyası uzun müddətdir ki, dolaşır, lakin onun konstitusiyaya zidd olduğuna dair sübut toplamaq olduqca çətindir

AfD Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (Almaniya əks-kəşfiyyatı) radarındadır. Bu təşkilatın rəhbəri Tomas Heydenvanq artıq bu il AfD-nin konstitusiyaya zidd olması ilə bağlı yeni qiymətləndirmə aparmağı planlaşdırmışdı. Lakin növbədənkənar seçkilərlə bağlı səsverməyə icazə verilən bütün partiyalar üçün bərabər şans prinsipinə riayət etmək zərurəti ilə əlaqədar bu ideyadan imtina etməli olacaq. Fakt budur ki, əgər AfD, əks-kəşfiyyat zabitlərinin anlayışına görə, hazırda "konstitusiyaya zidd olmaqda şübhəli bilinirsə", yeni yoxlama onu "ekstremist təhlükəli" səviyyəsinə qaldıra bilər.

Musavat.com

Chosen
48
musavat.com

1Sources