EN

Fransa - İsrail görüşündə dava: 10-dan çox azarkeş xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gecə Fransa ilə İsrail milliləri arasında keçirilən görüş zamanı azarkeşlər arasında dava düşüb.
Oxu.Az xəbər verir ki, Fransanın daxili işlər naziri Bruno Retayonun izlədiyi matçda 50-dən çox fransalı azarkeş israilli fanatlara hücum çəkib.
10-dan çox azarkeşin xəsarət aldığı davadan sonra 12 nəfər polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Fransa dövləti bu cür halların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırsa da, faydası olmayıb.
Xatırladaq ki, Fransa - İsrail qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Chosen
94
44
oxu.az

10Sources