"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malayziya kapitallı “Tiza Green Energy” MMC arasında çərçivə sazişi imzalanıb.
İmzalanma mərasimi noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan pavilyonunda baş tutub.
Saziş “yaşıl texnologiya”ların və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə əməkdaşlığı, xüsusilə də Ələt limanında günəş panellərinin quraşdırılmasını nəzərdə tutur.