EN

Aleksandra Bilak qaçqınlarla bağlı həyata keçirilən işlərlə barədə məlumatlandırılıb

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Cenevrə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak və Mərkəzin bacarıqların artırılması üzrə meneceri Saad Karim ilə görüşüb.

Dövlət Komitəsindən hafta.az-a bildiriblər ki, qonaqlara hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib.

Bildirilib ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin səmərəli təşkili Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da onların yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu, mədəni inkişafı ilə bağlı məsələlərinin həllinə təsirli dəstək göstərir.

Qeyd olunub ki, Azərbaycan Ermənistanın uzunmüddətli işğalına son qoyduqdan, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra məcburi köçkün vətəndaşlarını yenidən doğma yurdlarına qaytarmaq istiqamətində genişmiqyaslı tədbirlər görür. Böyük Qayıdışın sürətləndirilməsinə yalnız Ermənistanın işğalçı qüvvələrinin vaxtilə torpaqlarımızda basdırdığı mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin mane olduğu vurğulanıb. Buna baxmayaraq, qayıdış prosesi mərhələli qaydada davam etdirilir.

Aleksandra Bilak həmkarı ilə birlikdə Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə gəldiyini və fürsətdən istifadə edərək yenidən ölkəmizdə məcburi köçkünlərlə bağlı vəziyyətlə tanış olmaq istədiyini bildirib.

COP29-un yüksək səviyyədə təşkilini xüsusi vurğulayan avropalı qonaq Böyük Qayıdışla bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini izlədiklərini, görülən işlərin rəğbət doğurduğunu qeyd edib.

Xatırladaq ki, qeyd olunan Mərkəz daxili yerdəyişmə ilə bağlı dünyanın aparıcı məlumat və təhlil mənbəyi sayılır. Xanım Aleksandra Bilak 2019-cu ildə də ölkəmizə səfərə gəlib, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub.

Chosen
23
9
hafta.az

10Sources