EN

Kameral vergi yoxlamalarında bankla yanaşı, elektron pul təşkilatlarındakı əməliyyatlar da nəzərə alınacaq

Azərbaycanda kameral vergi yoxlamalarının aparılması zamanı bank əməliyyatları ilə bərabər, elektron pul təşkilatları, ödəniş sistemləri və digər kredit təşkilatları ilə aparılan əməliyyatlar da nəzərə alınacaq.

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolunda bildirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarındakı dəyişikliyi təsdiq edib.

Kameral vergi yoxlamaları, vergi orqanları tərəfindən aparılan, vergi ödəyicisinin fəaliyyət yerinə getmədən, yəni yerində yoxlama aparılmadan, müvafiq məlumat və sənədlərin təhlili əsasında həyata keçirilən yoxlama növüdür. Bu yoxlamalar vergi orqanının mövcud olan hesabatlar, bəyanatlar, elektron sənədlər və digər məlumat bazaları əsasında aparılır. Kameral yoxlamaların məqsədi vergi ödəyicisinin təqdim etdiyi məlumatlarda qanun pozuntuları və uyğunsuzluqların aşkar edilməsidir.

Azərbaycanda elektron pul təşkilatları, ödəniş təşkilatları, ödəniş sistemi operatorları və ödəniş agentləri lisenziyalı fəaliyyət növünə çevrilib və bu bazarla bağlı ayrıca yeni qanun qüvvəyə minib. Bu bazarın tənzimləmə mandatı Mərkəzi Bankdadır.

Chosen
45
fed.az

1Sources