EN

Tramp vəkilinə yüksək vəzifə verəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp şəxsi vəkili Todd Blanşı baş prokurorun müavini təyin edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Mən Todd Blanşın administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunam” ,- deyə kanal Trampdan sitat gətirib.

Amerikanın seçilmiş lideri Blanşın peşəkarlığını vurğulayıb və onun vəzifəsində “əla iş görəcəyinə” əmin olduğunu bildirib. Trampın sözlərinə görə, baş prokurorun yeni müavini “çox uzun müddətdir pozulmuş ədalət sistemini düzəldəcək”./unikal

Chosen
33
2
yenicag.az

3Sources