EN

Yunanıstan Türkiyəyə qarşı mövqelərini gücləndirir

Yunanıstan

Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkənin silahlı qüvvələrinin yenidən qurulması ilə bağlı 2024-2035-ci illər planını parlamentin Xarici Siyasət və Müdafiə Komitəsinə təqdim edib.

Reyting.az
-ın xəbərinə görə, Yunanıstan Dövlət Televiziyası ERT bildirir ki, bu çərçivədə məcburi hərbi xidmət, peşəkar hərbi xidmət və silahlanma ilə bağlı bir çox dəyişikliklər nəzərdə tutulur.

Nəzərdə tutulan dəyişikliklər sırasında kazarmaların sayının 837-dən 705-ə endirilməsi, pilotsuz uçuş aparatlarından (PUA) və hava hücumlarından bütün ölkəni əhatə edəcək havadan mühafizə sipərinin yaradılması, silahlı qüvvələrin silah-sursatının, texnikasının, nəqliyyat təyyarələrinin və helikopterlərinin müasirləşdirilməsi daxildir.

Sənəddə 5-ci nəsil təyyarələrin əldə edilməsi, təbii fəlakətlərə qarşı texniki gücün genişləndirilməsi və Şərqi Aralıq dənizində əməliyyat qabiliyyətinin artırılması kimi elementlər də var.

Digər tərəfdən, Yunanıstanda nəşr olunan “Kathimerini” qəzeti Yunanıstanın İHA və hava hücumlarına qarşı 2 milyard avro dəyərində müdafiə qalxanı yaratmaq üçün İsraillə danışıqlar apardığını iddia edib. Söhbət Yunanıstanın çoxqatlı hava hücumundan müdafiə sistemi hazırlamaqla bağlı danışıqlardan gedir. Adı açıqlanmayan Yunan və İsrail rəsmilərinə əsaslanan xəbərdə sözügedən sistemin xərcinin 2 milyard avro olacağı iddia edilib.

Qeyd edək ki, Yunanıstanın bölgədə daima gərgin münasibətdə olduğu ölkə Türkiyədir.

ELÇİN
Chosen
39
reyting.az

1Sources