EN

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihənin icrasına başlayıb

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) COP29 çərçivəsində beynəlxalq layihənin icrasına başlayıb.

Assosiasiyadan bildirilib ki, “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” proqramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu proqram haqqında ümumi məlumat veriblər.

Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Sianq tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb.

Beş gün davam edəcək layihə çərçivəsində noyabrın 16-da Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiya olacaq.

Chosen
64
6
xalqqazeti.az

7Sources