EN

Həftənin ETİRAFI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

“Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun işindən narazıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Biz özümüz də Minks Qrupunun işindən narazı qaldıq, onu daha çox tənqid etdik, xüsusən də qərblilər onun işini əngəlləməyə başlayandan və bu mövqelərini açıq ifadə etdikdən sonra”, - Zaxarova bildirib. Diplomat vurğulayıb ki, Qərb dövlətləri 2022-ci ilin fevralında ATƏT-in Minsk qrupunu şəxsən dəfn ediblər.

 

Həftənin İTTİHAMI

Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib. Prokurorlar iddia ediblər ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər.

 

Həftənin QONAĞI

 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə əfsanəvi futbolçu Ronaldinyo Qauço Bakıda səfərdədir.  Futbolçu COP29-un keçirildiyi məkanda olub. O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış olub.

 

Həftənin TƏKLİFİ

“Artıq mən də boşananlar üçün parti edəcəyəm. Yəni ki, ayrılanlar sivil şəkildə boşansınlar. Xoşbəxtliyin son gecəsi…”. Bu sözləri müğənni Əbdül Xalid “Xəbərin var?” proqramında qonaq olarkən deyib. O təklif edib ki, boşanan cütlüklər bu mərasimi dostları və rəfiqələrinin iştirakı ilə qeyd etsinlər.

 

Həftənin MƏHKUMLARI

İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladıb. İstintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil daxil olmaqla 15 nəfər saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən müğənni Serdar Ortaç da saxlanılanlar arasındadır.

 

Həftənin VƏZİFƏLİSİ

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib. “Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, - Tramp açıqlamasında bildirib.

Chosen
44
hafta.az

1Sources