"2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi sona çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi tarixi qələbələr düşməni 10 noyabr kapitulyasiya aktına imza atmağa vadar etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov deyib: "Ordumuzun döyüş meydanında qazandığı qələbələr həm də siyasi müstəvidə Zəfər əldə etməyə imkan verdi. Belə ki, Azərbaycana 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan həm iqtisadi, həm də hərbi və diplomatik tərəfdən uyğun olan Vətən müharibəsi modelini seçdi və bu model döyüş meydanlarında özünü doğrultdu. Bununla da Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Qarabağ ətrafında olan 7 rayonu Azərbaycanın məhz hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin isə hərbi kapitulyasiyasının növbəti təsdiqidir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31