EN

Ardıcıl 2 şənbə tam iş günüdür

Azərbaycanda noyabrın 16-sı və 23-ü iş günü hesab edilir.   Manset.az xəbər verir ki, Nazirlər Kabineti 2024-cü ilin 12 və 13 noyabr iş günlərinin müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilməsi barədə qərar qəbul edib. Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.

Beləliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri hesab edilib. Nəticədə bu şənbə - 16 noyabr və növbəti şənbə - 23 noyabr iş günü hesab edilir.

Chosen
6
25
manset.az

10Sources