Azərbaycanda qadınların dövlət və ekoloji siyasətdəki rolu institusional səviyyədə möhkəmləndirilib.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova COP29 çərçivəsində keçirilən "Gender, İqlim və Təhlükəsizlik Əlaqəsi: Münaqişələrin təsirə etdiyi ərazilərdə ətraf mühitin mühafizə və bərpa səylərində qadınların rolu" adlı müzakirədə deyib.
H.Hüseynova əlavə edib ki, qadınların ekoloji qərarların qəbulunda rolunu artırmaq Azərbaycanın yanaşmasının əsasını təşkil edir:
“Milli Məclisdə qəbul edilən “Gender Bərabərliyi Haqqında Qanun” (2006) və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Qanun” (2010) qadınların dövlət və ekoloji siyasətdəki rolunu institusional səviyyədə möhkəmləndirməyə kömək edib.
Bu isə kənd yerlərində və münaqişədən təsirlənmiş ərazilərdə qadınların liderlikdə iştirakını 15 faiz artırıb.
Azərbaycanın genderə həssas siyasətlərə sadiqliyi COP29-un inklüziv və davamlı iqlim həlləri ilə bağlı baxışlarını əks etdirir və qadınları mühafizə, bərpa və icma dayanıqlığında mühüm təsir göstərən agentlər kimi tanıyır”.