EN

Bulqakovun məzarını səhv salıb başqa abidəni təhqir etdilər - FOTO

Odessada naməlum şəxslər Yuri Bulqakovun məzarı yanında ucaldılmış abidəni təhqir ediblər. Bu barədə Yuri Bulqakovun nəvəsi Mariya özünün Facebook səhifəsində məlumat yayıb.

“Daha sözüm qalmayıb... Bura Odessadır. Babamın abidəsidir”- o, yazıb.  Qadın abidəyə qara boya və ya mazut atılmasına diqqət çəkib və bunu əks etdirən foto və videoları paylaşıb. O, bütün ailənin şokda olduğunu bildirib.

"Görünür, babam haqqında bilmədiyim bir şey məlum olub ki, bu da qəbrə qarşı bu cür hörmətsizliyə gətirib çıxarıb",- Mariya paylaşımın  şərh bölümündə qeyd edib.

Qeyd edilib ki, abüstü təhqir olunan məlum Bulqakovun məşhur yazıçı, "Master və Marqarita" və "İtin ürəyi" kimi əsərlərin müəllifi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə mərhum sadəcə onunla eyni familya daşıyır.

Tural

Chosen
33
news365.az

1Sources