EN

“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”

Bakı. Trend:

“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özününqərəzsiz olmadığını göstərdi.

Trendxəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinintəsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalistReyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “TheJewish Press”də dərc olunmuş məqaləsində yazıb.

“Washington Post”un İsrail və Azərbaycanla bağlı düşməncəsinəyazılarına son qoyulmalıdır” başlıqlı məqalədə adı çəkilən qəzetdəson vaxtlar sözügedən ölkələrə münasibətdə qərəzli məqalələrindərci məsələsinə toxunulub.

Qeyd olunub ki, İsrail “Washington Post”un hücum etməyə aludəolduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzlitənqidinə tuş gəlib. Ölkəmizə qarşı irəli sürülən həqiqətə ziddittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regiondaoturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə vəbaşqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir.Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəstfəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyükehtiram mövcuddur.

Müəllif “Washington Post”u Azərbaycana hücum etməkdənsə, insanhüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalqterrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. Obildirib ki, bu qəbildən addımları ilə “Washington Post” ABŞ-ninmüttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğununümayiş etdirib.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Washington Post” buməsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentindəsözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşararqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbulolunub. Bu, onu göstərir ki, “Washington Post” beynəlxalqterrorizmlə mübarizədə ABŞ-nin yanında dayanan və Ukraynadakımüharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəverən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllifABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzlifəaliyyətinə son qoymağa çağırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/indepth/opinions/washington-post-hostile-coverage-of-israel-azerbaijan-must-end/2024/11/06/

Chosen
43
3
az.trend.az

4Sources