EN

ABŞ-nin energetika naziri: Göstərdiyi qonaqpərvərliyə və liderliyə görə Azərbaycanın bütün prezidentlik komandasına təşəkkürlərimi bildirirəm

Təmiz enerjiyə və karbonsuzlaşdırmaya etdiyimiz hər bir sərmayə ilə önümüzə daha aydın yol açırıq.
APA xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Cennifer Qranholm COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Toplantısı (Qlobal Enerji Saxlama və Şəbəkələr Müddəasının işə salınması) mövzusunda baş tutan planer sessiyada deyib.

“Bu həftə göstərdiyiniz qonaqpərvərliyə və liderliyə görə Azərbaycanın bütün prezidentlik komandasına təşəkkürlərimi bildirirəm. Hər il COP bizim hamımız üçün təmiz enerjiyə keçid üçün kritik nəzarət nöqtəsi, ambisiyalarımızı qiymətləndirmək və yüksəltmək vaxtı kimi xidmət edir. Birləşmiş Ştatlarda iqlim siyasətinin gələcəyi bu gün keçən həftə olduğundan daha az müəyyən olsa da, sadəcə vurğulamaq istəyirəm ki, bu məqam görünməmiş deyil” - deyə Cennifer Qranholm bildirib.

Cennifer Qranholm qeyd edib ki, mövcud olan bütün tədbirləri görərək ABŞ-ın iqlim hərəkatını canlı saxlayırıq və təmiz enerji iqtisadiyyatı böyüməyə davam edir: "İndi əvvəlkindən daha da və sürətlə böyüməyə davam edəcək onilliklər ərzində iqlim və təmiz enerji tərəqqisinin əsasını qoyan strategiya sayəsində ABŞ-ın 2024-cü ildə şəbəkəmizə 60 gigavattdan çox təmiz enerji əlavə edəcəyi proqnozlaşdırılır. Bu da əvvəllər bir il ərzində əlavə edilən məbləğdən iki dəfə çoxdur. Bu sənaye strategiyası nəticəsində təmiz texnologiyalara və infrastruktura yarım trilyon dollardan çox sərmayə qoymuşuq".

Hazırda dünya təmiz enerjiyə qalıq yanacaqlardan iki dəfə çox sərmayə qoyur. Beləliklə, iqlim üçün qlobal mübarizə heç vaxt Birləşmiş Ştatlar hökuməti ilə bağlı olmayıb, bu hamımızla bağlı olub.“
Chosen
3
3
sherg.az

5Sources