EN

Liberal iqtisadiyyata keçid: Uğuru təmin edir

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 

Hər bir dövlətdə əhalinin sosial vəziyyəti ölkənin iqtisadi gücündən birbaşa asılıdır. İqtisadiyyatı güclü olan ölkədə əhalinin sosial durumu da güclü olur. Bu, eyni zamanda ölkədə olan biznes mühitinin şəffaflığı, rəqabət mühitinin olması ilə bağlıdır. Azərbaycanda da bu istiqamətdə xüsusilə də son illər ciddi addımlar atılır. Rəqabət Məcəlləsinin qəbulu və icrasına başlanılması bu sahədə müxtəlif müsbət nəticələrə səbəb olub. 

Rəqabət Məcəlləsinin əsas məqsədi təbii ki, bazarlarda olan haqsız rəqabətə son qoymaq, monopoliyanı aradan qaldırmaqdır. Bu isə bazarlarda həm də oyunçularının sayını artırır ki, bu isə işləyən əhali sayının artmasına xidmət edir. Bu, eyni zamanda, liberal iqtisadiyyata keçid üçün də çox önəmli məqamdır.

Liberal iqtisadiyyata keçid hər bir ölkənin prioritet məsələlərindən biridir. Çünki liberal iqtisadiyyat inkişafın birbaşa göstəricisidir. Hələlik bu keçid tamamilə baş tutmasa da, bu istiqamətdə ciddi addımlar atılır. Bir neçə il öncə başlayan, bu gün də davam edən məhkəmə-hüquq, struktur və kadr islahatlarının səbəblərindən biri də məhz liberal iqtisadiyata keçidi təmin etməkdir. Bununla yanaşı gömrük islahatları, daha dəqiq desək, gömrük xidmətinin sadələşdirilməsi üçün atılan addımlar da liberal iqtisadiyyata keçiddə, azad sahibkarlığın təşviqimdə və rəqabət mühtinin formalaşdırılmasında önəmli məqam hesab olunur. 

Son illərin statistik rəqəmlərində əldə olunan müsbət nəticələri görmək mümkündür. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Adambaşına ÜDM 769 ABŞ dollarından 7.798 ABŞ dollarına yüksəlib. 

Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. 

İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarına çatıb. 

2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Bu, beynəlxalq qurumların Azərbaycan iqtisadiyyatı ilə bağlı statistik məlumatlarıdır. 

Digər tərəfdən, ölkəyə cəlb olunan investisyaların artmasl və xüsusilə də bunun bərpaolunan enerji sahələrinə yöməldilməsi dövlətin bu istiqamətdə həyata keçirdiyi proqramların yeni dünya ilə ayaqlaşdığının da bir göstəricidir. Nümunə üçün son illərdə tikilən külək və günəş elektrik stansiyalarını gpstərmək olar. 

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. 12-13 noyabr tarixlərində 80-ə yaxın dövlət və hökumət başçılarının paytaxt Bakıya gəlməsi və onlarla keçirilən görüşlər də gələcək investisyalar üçün önəmli rol oynayacaq. Qeyd edək ki, son illər bir çox böyük ölkələr Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə bəyan edirlər. Bu isə yaxın prespektivdə Azərbaycanın iqtisadi gücünün daha da artacağını deməyə əsas verir. 

Son olaraq qeyd edək ki, Azərbaycan liberal iqtisadiyata keçid və azad sahibkarlığın təmin olunması istiqamətində ciddi addımlar atır. Artıq bu məsələlər Azərbaycan üçün əsas prioritetlərdən biridir. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Chosen
79
cebheinfo.az

1Sources