EN

Mina Hüseyn 50 yaşında kişiyə ərə gedib? - "Ona aşiq idim"

“Həyatımın ən böyük travmasını boşananda aldım”.

Bu sözləri müğənni Mina Hüseyn deyib. O qonaq olduğu “Gün ortası” verilişində şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar verib:

“Özümə dedim ki, hər şeyi həll etməli, ayağa qalxmalı və hər kəsin cavabını özüm verməliyəm. Məni elə bir situasiyaya salmışdılar ki, meydanda tək qalmışdım. Düşünürdüm ki, bütün hadisəni çıxıb danışmalıyam. Doğmalarım mənim yanımda idi. Ancaq mən məhşur insan olduğum üçün yaxınlarım mənə heç bir kömək edə bilmir, yalnız dəstək olurdular. Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Bəzi insanlar belə həyat yaşayırlar. Kiminsə yoldaşından uşaq dünyaya gətirirlər. Yəqin ki, məni də özlərindən biliblər. Amma elə bir şey yox idi. Təbii ki, subay oğlan idi. Ona aşiq idim. Ancaq belə qismət imiş. Ağlayırdım, üzülürdüm. Amma nə etmək olar? Allahın yazısıdır, qismətidir. İnşallah, növbəti taleyim gözəl olar”. / Yenisabah.az

Chosen
53
3
show.az

4Sources