“Qazaxıstan Dubayda keçirilən COP28 zamanı Qlobal Metan Müddəası çərçivəsində öhdəliklər götürüb. Metan Təşəbbüsünə qoşulub və bu, Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni perspektivlər açır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev deyib.
O, Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı əlaqələrdən danışaraq iki ölkə arasında bir sıra istiqmatlər üzrə əməkdaşlığın mövcud olduğunu bildirib:
"Qazaxıstan və Azərbaycan artıq mühüm əməkdaşlıq qurublar və qlobal ekoloji çağırışlar fonunda bu tərəfdaşlıq daha da möhkəmlənə bilər. Hər iki dövlət metan emissiyalarının azaldılması, təcrübə və ekoloji vəziyyəti yaxşılaşdırmağa, davamlı inkişafa yönəlmiş texnoloji həllərin mübadiləsi üzərində birgə işləyə bilər".
Günay Şahmar, Bizim.Media