EN

Haaland Maradonanı ötdü

Millətlər Liqasının 5-ci turu çərçivəsində keçirilən Sloveniya - Norveç oyunu (1:4) qonaqların futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, Erlinq fərqlənməsi sayəsində milli səviyyədə qol sayında Dieqo Maradonanı ötüb. Erlinqin hazırda Norveç millisində 38 matçda 35 qolu var, Maradona milli komanda ilə karyerası ərzində 91 matçda 34 qol vurub.

Ümumilikdə, Haaland bu mövsüm klub və milli komandanın heyətində 21 oyun keçirib, 19 qol vurub və 1 məhuldar ötürmə edib.

Chosen
52
publika.az

1Sources