EN

Hər zaman olduğu kimi, indi də “ağalarının” icazəsini gözləyir: “Nikol Paşinyanın COP29-a gəlməyəcəyi dəqiqdir, ancaq…”

“Ermənistan hər zaman olduğu kimi, indi də “ağalarının” icazəsini gözləyir. “Böyük bacısı” Fransanın mövqeyi məlumdur. Amma erməni hiyləgərliyi burada da özünü göstərir. Son ana qədər qəti mövqe sərgiləməyəcəklər. Nikol Paşinyanın COP29-a gəlməyəcəyi dəqiqdir, o nümayəndə heyətini də Bakıya göndərməyəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul zamanı veriləcək suallara cavabları yoxdur. Əgər Bakıya gəlsələr, Azərbaycan rəhbəri onları mütləq qəbul edəcək. Qəbul zamanı da, “tənbeh” ediləcəklər. Necə ki, erməni baş nazir hər görüşdə İlham Əliyev qarşısında çətin anlar yaşayır…”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Siyasi şərhçi bir vacib məqamı da xatırladıb:

“Təsəvvür edin ki, Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün namizədliyini ən son anda geri çəkən və ölkəmizi dəstəkləyən bir dövlətdir. Görün, bu tarixi fakt Ermənistanın necə bir ölkə olduğunu göstərir. Burada bircə səbəb var. Əvvəldə qeyd etdiyim səbəbdir-“ağalarından” razılıq gözləyirlər. Fransa iştirak etmirsə, demək böyük ölçüdə Ermənistan da olmayacaq. Sülh prosesinə gəlincə, erməni nümayəndə heyətinin Bakıda görünməməsi sülh sazişinin imzalanmasına heç bir əngəl yarada bilməz. Bu istiqamətdə proseslər dalana dirənib. Artıq ermənilərin çıxış yolları tükənib. Hesab edirəm ki, Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirəndən sonra sülh sazişinin əldə olunması üçün xarici siyasətinin böyük qismini bu istiqamətə yönəldəcək və yekun nəticələri də əldə edəcək. Trampın dövründə biz Qarabağımızı azad etdik, elə onun dövründə də sülh sazişini əldə edəcəyik. Fikirlərim burada hər şeyi Trampın edəcəyi anlamına gəlməsin. Burada söz sahibi bir şəxs var. O da Qarabağ Fatehi İlham Əliyevdir.

Sadəcə Tramp Cənubi Qafqazda Amerikanın təsir dairəsinin güclənməsinin bu regionun açar ölkəsi, lideri Azərbaycanla yaxın münasibətlərdən keçdiyini yaxşı bilir. Son 4 ildə, yəni Bayden iqtidarı dönəmində Azərbaycanla münasibətlərin soyuqlaşması, Amerikanın bu regionda təsirlərinin olduqca azalması dediklərimizin əyani sübutudur…”.

//Gülnarə Abasova, Editor.az

Chosen
26
editor.az

1Sources