EN

​Rusiya ilə danışıqlar qərarını yalnız Ukrayna verə bilər -

Rusiya ilə danışıqlara başlamaq qərarını yalnız Ukrayna hökuməti verə bilər. Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. Rutte Ukraynada davam edən müharibənin necə dayandırılacağına dair qərarı yalnız Kiyev administrasiyasının verə biləcəyini vurğulayıb. O, Ukraynanın Rusiya ilə güclü mövqedə danışıqlar masasına əyləşə bilməsi üçün Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini ifadə edib.

Ruttenin sözlərinə görə, Rusiyanın həm Ukrayna, həm də qlobal təhlükəsizliyə təhdidləri səbəbindən NATO-nun müdafiə qabiliyyəti gücləndirilməldir. O, investisiyaların və istehsalın artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rutte qeyd edib ki, ABŞ və Avropa arasında əməkdaşlığa əsaslanan güclü NATO həm regional, həm də qlobal sabitlik üçün vacibdir.

Chosen
14
metbuat.az

1Sources