EN

Formula 1 Bakının mərkəzindən çıxarılır: Görün harada keçiriləcək 

Azərbaycanın qəbul etdiyi nüfuzlu tədbirlərdən biri də Formula 1-dir. Bu yarış dünyanın ən bahalı idman növlərindən biri hesab edilir. Son zamanlar Formula 1 istər əhatə, istərsə də maraq dairəsini genişləndirir.Sürətsevərlərin diqqət mərkəzində saxladığı yarışlardan biri məhz Azərbaycan Qran-Prisidir. Çünki Bakı trekində qeydə alınan mübarizə və nəticələr idman mübarizəsi baxımından olduqca maraqlıdır. Xüsusilə yarışın sürət və rəqabət baxımından ön planda olması avtoidman azarkeşlərinin diqqətini cəlb edir.

Bununla yanaşı, böyük audiotoriyanı əhatə edən və dünyanın əksər hissəsində yayımlanan Formula 1 yarışları Bakının tanınması və turzm potensialının artmasına töhvə verir. Baş tutan 7 qran-prinin hər birinin bir-birinə bənzəməsi və hər il artan qrafiklə qeydə alınan müsbət nəticələr bundan xəbər verir.

Titul.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, yaxın gələcəkdə Azərbaycan Qran-Prisinə marağı daha da artıra biləcək yenilik yaşana bilər. Çünki yarışın Bakıda keçirilmə yerinin dəyişdirilməsi müzakirə olunur. Təklif edilən məkam isə müasir Bakının möhtəşəm layihələrindən biri olan "Sea Breeze" ola bilər.

Hazırda məsələ rəsmiləşməsə də, bu istiqamətdə danışıqlar və müzakirələr davam edir. Razılıq əldə olunarsa, Formula 1-in sahibi FİA ilə yeni müqavilə imzalanacaq.

Belə olan halda "Sea Breeze"də yeni trek layihəsi hazırlanacaq. Ancaq bunun hansı formada olacağı bəlli deyil. Azərbaycan Qran-Prisi üçün avtodrom da tikilə və ya ənənəvi olaraq yarış "Sea Breeze" küçələrində baş tuta bilər. Hələ ki, bu məsələ müzakirə mərhələsindədir. Nə FİA, nə də başqa qurumlarda bununla bağlı rəsmi anlaşma yoxdur

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
9992
13
titul.az

10Sources