EN

Vergi gəlirlərinin əsas səbəbi - Ekspert açıqladı

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manat vergi daxil olub. 

"Cebheinfo.az" bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 % azdır. 10 aylıq vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, vergi daxilolmalarının artmasının bir sıra səbəbləri var:

“Azərbyacanın iqtisadiyyatında artım var. Belə ki, qeyri-neft, xüsusən də aqrar sektorda vergi daxilolmaları artıb. Həmçinin gömrükdən gələn gəlirlər də vergi daxilolmalarına müsbət təsir edib. 

Bununla yanaşı, nağdsız ödənişlərin artması, ticarət dövriyyələrin nağdsız icra olunması nəticə etibarilə vergilərin daha rahat toplanmasına gətirib çıxarır. Məhz bu kimi faktorlara görə ölkəmizdə 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib”. 

Ekspert qeyd edib ki, vergi daxilolmaları proqnozdan daha az toplanıb: 

“Buna səbəb texniki problemlərin olmasıdır. Lakin önümüzdəki illərdə vergi daxilolmalarının artması üçün yeni qanunvericilik bazası tam təkmilləşdiriləcək. Nağdsız ödənişlər çoxalacaq və beləliklə vergi daxilolmalarından gələn gəlirlər artacaq”. 

Chosen
50
cebheinfo.az

1Sources