EN

Aşıq Namiq atasının ölümündə onu ittiham etdi

Xəbər verdiyimiz kimi, Aşıq Namiq Fərhadoğlunun atası dünyasını dəyişib.

Publika.az xəbər verir ki, ifaçı atasının ölümü haqqında “Tarixin bir günü” verilişinə açıqlama verib və hadisədə həkimi günahlandırıb:

“Gül kimi kişini məhv etdilər. Düzdür, 68 yaşı var idi, ancaq o yaşı heç kim ona vermirdi. Həmişə mənə deyirdilər ki, o səndən cavandır. Böyrəyində daş var idi. Həkimlər deyirdi ki, "lal daş"dır, qorxusu yoxdur. Anamı müayinə etməyə həkimə aparanda özünü də yoxlatdırıb. Həkim deyib ki, təcili əməliyyat etmək lazımdır. Hər səhər görüntülü danışardıq. Əməliyyatdan sonra da zəng elədim. Son sözü bu oldu ki, mən o daşla yaşayırdım, hələ bundan sonra 10 il də yaşayardım, amma həkim məni məhv etdi”.

Aşıq bildirib ki, atasının Şəmkir rayon ərazisindəki xəstəxanada əməliyyat olunmasının tərəfdarı olmayıb:

Chosen
21
10
publika.az

10Sources