EN

Uşaq pornosu yayan azərbaycanlı saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı Azərbaycan vətəndaşı uşaq pornosunu yaymaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

İNFOAZ.WS yerli mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, polis Butlerov küçəsində Azərbaycan vətəndaşını saxlayıb. Şəxs, yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafik materialların alveri ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 242.1-ci maddəsinin 2-ci hissəsi (“İnternetdən istifadə edərək yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan materialların və ya əşyaların hazırlanması və yayılması”) üzrə cinayət törətməkdə ittiham olunur.

Faktla bağlı cinayət işi açılıb və araşdırma davam edir.

Chosen
33
50
infoaz.ws

10Sources