EN

Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”

Azərbaycan-Gürcüstan-Avropa yaşıl enerji dəhlizi (“Black Sea Energy”) Avropanı təhlükəsiz, əlçatan və ekoloji cəhətdən təmiz enerji ilə təmin edəcək enerji körpüsüdür və Moldova da bu layihəyə qoşula bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Bakıda keçirilən COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündə bildirib.

O qeyd edib ki, “yaşıl enerji” infrastrukturuna qlobal investisiyalar trilyonlarla ABŞ dolları məbləğində qiymətləndirilir.

"Biz həmişəkindən daha çox səfərbər olmalıyıq, ancaq vaxtımız azdır. Biz həm də hərəkətə keçmək, bu gözəl vədləri insanlar üçün layihələrə və yeni meqavatlara çevirmək üçün hazır olmalıyıq", - nazir deyib.

O, bu prosesin mürəkkəbliyini etiraf edib, buna baxmayaraq qeyd edib ki, Rumıniya Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və hətta Moldova ilə birlikdə bu çağırışa cavab verməyə hazırdır.

"Biz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən və enerji körpüsü kimi xidmət edəcək bu “yaşıl dəhliz”i yaradacağıq. Ümid edirik ki, bu, digər qitə və ölkələrin bir-biri ilə daha çox əlaqəli olması üçün örnək olacaq. Çünki o, həqiqətən daha təhlükəsiz, daha əlçatan və "daha yaşıl enerji” tədarükünü təmin edəcək", - S.Burduja əlavə edib.

Chosen
44
operativmm.az

1Sources