EN

COP29-da Azərbaycan TƏCRÜBƏSİ: “Dünya mediası bunu qeyd etməyə məcbur oldu”.

“Bütün prarametrlər üzrə COP29 faydalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında beynəlxalq iqlim tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan COP29-da iştirak edən XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.

Onun sözlərinə görə, COP29 tədbiri həm bəşəriyyət, həm də ev sahibi olaraq Azərbaycan üçün çox faydalı tədbirdir:

“Belə ki, burada iqlim dəyişikliyi ilə bağlı çox ciddi müzakirələr aparılır və təkliflər verilir. Eyni zamanda bu sahədə problemlərin aradan qaldırılması istiqamətdə onun maliyyə büdcəsinin formalaşdırılması üçün ciddi addımlar atılır. Bu isə özlüyündə bəşəriyyət üçün ciddi töhfələri ehtiva edir”.

QHT sədri əlavə edib ki, ev sahibi olaraq COP29 Azərbaycanın özü üçün də çox faydalı oldu:

“Çünki təqribən bir ildir Azərbaycanın adı həm də COP-la əlaqədar dünyada müzakirə predmetinə çevrilib. Düzdür, bu tədbirin adından istifadə edib neqativ fikirlər səsləndirənlər, ölkəmizə hücum edənlər də var. Ancaq onlar kifayət qədər azlıq təşkil edirlər. Azərbaycan təcrübəli tədbir təşkilatçısı kimi öz bacarığını COP29-da da göstərdi. Dünya mediası da bunu qeyd etməyə məcbur oldu”.

“Azərbaycan vətəndaş cəmiyyəti institutları da bu tədbirdə iştirakı ilə çox ciddi təcrübələr əldə etdilər. Bir sözlə, həm dünyaya töhfə verdilər, həm də öz bilik və bacarıqlarını artırdılar. Bu baxımdan, bütün parametrlər üzrə COP29 faydalıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
40
yenicag.az

1Sources