EN

Bizi 1,5 selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgün istiqamətdə bir addımdır - Elnur Soltanov

Bakı. Trend:

Bizi 1,5 selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgünistiqamətdə bir addımdır.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində “Qalıq yanacaqlardan keçid: Çətinliklər vəTroyka ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusundakeçirilən tədbirdə COP29-un baş icraçı direktoru, Azərbaycanınenergetika nazirinin müavini Elnur Soltanov deyib.

O, birgə iqlim fəaliyyətinin aktuallığını və qlobal ekolojidavamlılığın inkişafında COP29-un rolunu vurğulayıb.

E.Soltanov müvəqqəti dekarbonizasiyanın vacibliyinivurğulayaraq, heç bir ölkənin bu məsələni təkbaşına həll edəbilməyəcəyini bildirib.

“Bütün dövlətlər metan emissiyalarının azaldılması prosesinətöhfə verməlidir. Uyğunlaşma səyləri üçün artan maliyyə vacibdir ",- deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
27
az.trend.az

1Sources