EN

Fatih Terim Bakıda keçirilən COP29-da çıxış edəcək

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terim Bakıda keçiriləcək COP29-un fəxri qonağı olacaq.

Bundan əvvəl “Qarabağ” futbol klubu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyansı yaratmaq təşəbbüsü ilə çıxış edib. Terim “Qarabağ”ın dəvəti ilə Azərbaycana gəlib.

Bu təşəbbüs COP29 Rəyasət Heyətinin və Birləşmiş Millətlər Təşkilatının İdman və İqlim Dəyişikliyi Departamentinin (UNFCCC) dəstəyini alıb.

Xatırladaq ki, tədbir “Qarabağ”, İngiltərənin “Liverpul” və “Tottenhem”, İspaniyanın “Atletiko” və “Betis”, Türkiyənin “Fənərbaxça” və “Qalatasaray”, İtaliyanın “Udineze”, Portuqaliyanın “Porto”, Braziliyanın “Flamenqo” və İsveçin “Malmö” daxil olacağı alyansın yaradılmasına həsr olunub və 16 noyabr saat 14:00-da Mavi Zonanın “Nəsimi” zalında baş tutacaq. Bu zonada akkreditə olunmuş hər kəs üçün açıq olacaq.

Fatih Terim bu tədbirin fəxri qonağı olacaq və orada çıxış edəcək.

Almaz Həsənli

Chosen
50
oxumeni.az

1Sources