EN

Zelenski Ukrayna üçün yeni planını elan edib

Zelenski Ukrayna üçün on maddədən ibarət yeni hərəkət planını elan edib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski, növbəti həftə ölkə üçün yeni bir plan təqdim etməyi nəzərdə tutduğunu açıqlayıb. Bu barədə o, özünün Telegram kanalında yayımlanan video müraciətində bildirib.

“Ümumilikdə 10 bənddən ibarət olacaq plan növbəti həftə təqdim ediləcək”, — deyə Zelenski bildirib. İdeyanın əsas bəndlərindən biri “mədəni suverenlik” olacaq ki, bu da “ukrayna məzmununun istehsalını” nəzərdə tutur. Eyni zamanda, planda enerji sektoru və silahlanma məsələləri də yer alır. Zelenski əlavə edib ki, plan Ukraynada silah istehsalı və partnyorlarla əməkdaşlığı əhatə edir.

Rusiyanın Kiyevdəki hərbi obyektlərə hücumundan sonra Zelenski qərb müttəfiqlərinə müraciət edərək yardım tələb edib. Onun sözlərinə görə, “son dərəcə vacibdir” ki, Ukrayna ordusu müdafiə üçün lazım olan vasitələrə sahib olsun. Zelenski həmçinin, Kiyevə yardım göstərən müttəfiqlərə təşəkkür edib.

Zeyd Bağırzadə

Chosen
41
busaat.az

1Sources