EN

Orxan Zeynalov: “Azərbaycan 2031-2037-ci illərdə BOEM sahəsində 21 QVt güc yaratmağı planlaşdırır"

Azərbaycan 2031-2037-ci illər ərzində bərpa olunan enerji mənbələri (BOEM), hidrogen, dekarbonizasiya və digər layihələr də daxil olmaqla əlavə 21 QVt güc yaratmağı planlaşdırır.

“Far.Az” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda COP29 çərçivəsində təşkil olunmuş Enerji Təşəbbüsləri üzrə Nazirlər Görüşündə bildirib.

Onun sözlərinə görə, ölkənin milli şəbəkəsi belə böyük həcmləri istifadə edə bilməyəcəyi üçün etibarlı regional interkonnektorlar şəbəkəsinə ehtiyac var.

Nazir müavini xatırladıb ki, Azərbaycan hazırda “yaşıl enerji” dəhlizlərinin yaradılması ilə bağlı təşəbbüslər həyata keçirir: "Yaşıl dəhliz”lər enerjinin iqtisadi cəhətdən səmərəli ötürülməsi üçün son dərəcə vacibdir. Bu həm də qiymətlərin azalmasına səbəb ola bilər. Hazırda Azərbaycan-Gürcüstan-Avropa dəhlizinin yaradılmasının texniki-iqtisadi əsaslandırması həyata keçirilir. Bizim daha iki mühüm dəhlizimiz var. Onlardan biri Mərkəzi Asiya-Azərbaycan dəhlizidir ki, iki gün əvvəl üç ölkənin prezidentləri dövlətlərarası saziş imzalayıblar və biz tezliklə texniki-iqtisadi əsaslandırmaya başlayacağıq".

O, həmçinin 1,5 GVt gücündə Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində işlərin aparıldığını deyib. "Ümid edirəm ki, bu iki (sonuncu) dəhlizin gələcəkdə birləşdirilməsi üçün bütün şanslar var", - nazir müavini bildirib.

O.Zeynalovun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər 7 GVt bərpa olunan enerji istehsal etməyi planlaşdırır ki, bunun da 5 GVT-lik həcmi ixrac ediləcək.

Chosen
46
1
far.az

2Sources