EN

Lionel Messi hakimi təhqir edib

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Paraqvay yığmasına səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun zamanı baş hakim Anderson Daronkonu təhqir edib.

"Unikal" xəbər verir ki, buna referinin kobudluğa görə rəqib futbolçunu meydandan qovmaması səbəb olub.

Ulduz oyunçu epizoddan sonra braziliyalı hakimin ünvanına təhqiredici ifadələr səsləndirib.

Qərarla razılaşmayan 37 yaşlı hücumçu referiyə bunları deyib: “Özünü pis aparırsan, mən səni sevmirəm".

Qeyd edək ki, qrup mərhələsində 11 turdan sonra 22 xal toplayan Argentina seçməsi turnir cədvəlinə başçılıq edir.

Chosen
61
3
unikal.az

4Sources