EN

Dünyada tibb müəssisələrinə 7,4 mindən çox hücum olub – ÜST


2018-ci ildən bəri dünyada səhiyyə müəssisələrinə ümumilikdə 7,4 mindən çox silahlı hücum qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Silahlı münaqişələrdə sağlamlığın qorunması” mövzusunda keçirilən iclasdakı çıxışında bildirib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrinə silahlı hücumlar nəticəsində son 6 ildə 2400-dən çox tibb işçisi və xəstə həlak olub, həmçinin 5000 tibb işçisi və xəstə yaralanıb.
“Səhiyyə obyektlərinə hücumların monitorinqinə başladığımız 2018-ci ildən bəri ÜST 21 ölkədə və ya ərazidə 7400-dən çox hücumu təsdiqləyib, nəticədə 2400-dən çox tibb işçisi və xəstə ölüb, 5000 tibb işçisi və xəstə yaralanıb”, - deyə o qeyd edib.
Qebreyesus vurğulayıb ki, son üç il ərzində tibb müəssisələrinə və tibb işçilərinə edilən hücumların sayı, miqyası və şiddəti nəzərəçarpacaq dərəcədə artıb.
2024-cü ildə Əfqanıstan, Qəzza və Haitidəki hadisələrə əlavə olaraq, ÜST Livan, Myanma, Sudan, Ukrayna və digər ölkələrdə 1,1 min belə hücumu təsdiqləyib.
Chosen
29
yeniavaz.com

1Sources